Bakıda avtomobil dirəyə çırpıldı: Ölən var

Bakıda avtomobil dirəyə çırpıldı: Ölən var

Baxış sayı: 1. 872 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

ÇıxışYolu.Com-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış bir nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

www.ÇıxışYolu.Com