Bakıda avtomobil maneəyə çırpıldı: Ölən var

Bakıda avtomobil maneəyə çırpıldı: Ölən var

Baxış sayı: 2. 131 dəfə baxılıb.

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə ÇıxışYolu.Com-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, “Volkswagen” markalı avtomobilin yol kənarındakı maneəyə çırpılması nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sərnişinin sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com