fd0d377d-3a73-418e-930b-1ca3d9aa3537..jpg

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Baxış sayı: 6. 025 dəfə baxılıb.

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil 55 yaşlı kişini vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadalar üçün
nəzərdə tutulmayan yerdən yolu keçən 1967-ci il təvəllüdlü Ələkbərov Məhəmməd
Ələkbər oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya
çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır
dərəcəli əziyi diaqnozları qoyulub.

M.Ələkbərovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Source link