Bakıda avtomobil sərxoş piyadanı vurdu: vəziyyəti ağırdır

Bakıda avtomobil sərxoş piyadanı vurdu: vəziyyəti ağırdır

Baxış sayı: 1. 884 dəfə baxılıb.

Bakıda avtomobil sərxoş piyadanı vurdu: vəziyyəti ağırdır

Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında baş verib.

Minik avtomobili sərxoş vəziyyətdə olan, şəxsiyyəti hələlik naməlum olan təxminən, 40-45 yaşlı kişini vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu