b429c3ec-099a-4c32-adb2-f73f2d52cf66..jpg

Bakıda avtomobildən 20 min manata yaxın pul oğurlanıb

Baxış sayı: 496 dəfə baxılıb.

Bakıda avtomobildən 20 min manata yaxın pul oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı avtomobildən
16 000 manat və 2 000 ABŞ dolları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş
Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli
bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il
təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link