6ee0f1e6-b560-4718-9bfc-780654ca3870..jpg

Bakıda avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanıldı

Baxış sayı: 569 dəfə baxılıb.

Bakıda avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nərimanov rayonu ərazisində MAZ markalı avtomobilin şüşələrini
sındıraraq salonunu yandıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə
şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən
olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link