7e953967-95cd-4ed7-8211-678b4cc5b13f..jpg

Bakıda axtarışda olan şəxs tapança satmaq istəyən zaman saxlanılıb – FOTO

Baxış sayı: 606 dəfə baxılıb.

Bakıda axtarışda olan şəxs tapança satmaq istəyən zaman saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda axtarışda olan şəxs “Makarov” tapançası satmaq istəyən zaman
saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı
əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz
olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər
törətməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1971-ci il təvəllüdlü Sumqayıt
şəhər sakini Mübariz Mirzəyev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd
“Makarov” markalı tapança, beş ədəd patron və bir ədəd sandıqça aşkar edilərək
götürülüb. M.Mirzəyev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə
təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link