Bakıda azyaşlı oğlana təcavüz edən şəxslə bağlı qərar verildi

Bakıda azyaşlı oğlana təcavüz edən şəxslə bağlı qərar verildi

Baxış sayı: 1. 962 dəfə baxılıb.

Bakıda azyaşlı oğlana təcavüz edən şəxslə bağlı qərar verildi

Bakı Apellasiya Məhkəməsində azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1986-ci il təvəllüdlü .-nin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, .-nin apellyasiya şikayəti təmin edilməyib. 

İttiham aktına əsasən, . səkkiz yaşlı oğlan uşağına qarşı seksual xarakterli hərəkətlər edib. O, məhəllədə oynayan azyaşlını aldadaraq, naməlum istiqamətdə aparıb. Onun bu əməli nəzarət kameraları tərəfindən lentə alınıb. 

Azyaşlının valideyninin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayətindən sonra . saxlanılıb və o, əməlindən peşman olduğunu deyib. O, hadisəni törədən zaman içkili olub. 
.-yə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən . 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı olan məhkum apellyasiya şikayəti verib.