e5da51cb-4362-4673-932e-05f3d3109ef8..jpg

Bakıda azyaşlını girov götürüb atasından 200 min istəyənlər hakim qarşısında

Baxış sayı: 572 dəfə baxılıb.

Bakıda azyaşlını girov götürüb atasından 200 min istəyənlər hakim qarşısında

Bakıda kafe sahibinin azyaşlı oğlunu qaçırıb 200 min manat pul tələb etməkdə
ittiham olunan Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin
Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin icraatındadır.

Xatırladaq ki, hadisə bu il martın 25-də saat 22 radələrində paytaxtın Nəsimi
rayonu ərazisində yerləşən kafelərdən birində baş verib. İki nəfər kafe
sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək, azyaşlı oğlunu zirzəmiyə
aparıblar. Burada onu stula bağlayaraq bıçaqla hədələyib atasından 200 min
manat pul tələb ediblər. Sonradan isə 20 min manat müqabilində razılaşıblar. Bu
barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən
Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi
ilə cinayət işi başlanılıb.

Source link