63f9138f-ebdc-42bc-a210-9d983d8fc509..jpg

Bakıda azyaşlını qaçırıb 200 min manat tələb edənlərin məhkəməsi başlayıb

Baxış sayı: 537 dəfə baxılıb.

Bakıda azyaşlını qaçırıb 200 min manat tələb edənlərin məhkəməsi başlayıb

Bakıda kafe sahibinin azyaşlı oğlunı qaçırıb 200 min manat pul tələb etməkdə
ittiham olunan Sakit Əlişov və Şahin Quliyevin cinayət işi üzrə məhkəmənin
baxış iclası başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə
Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda ittiham aktı oxunub. İttiham
aktında qeyd olunub ki, hadisə bu il martın 25-də saat 22 radələrində paytaxtın
Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində baş verib.

İki nəfər kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək, azyaşlı
oğlunu zirzəmiyə aparıb. Burada onu stula bağlayaraq bıçaqla hədələyib
atasından 200 min manat pul tələb ediblər. Sonradan isə 20 min manat
müqabilində uşağı azad etməyə razılaşıblar.

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə
tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq
saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 145-ci
(qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Source link