Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı
əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı
müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində
yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində üç ay
müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına
müraciət edə bilərlər.