Bakıda bacısını boğaraq öldürən şəxsin qonşuları danışdılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 12-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində bacısını qətlə yetirən
şəxsin qonşuları danışıblar.
Onlar, 2003-cü il təvəllüdlü İlahə Kərimovanı öldürən 2004-cü il təvəllüdlü
Həsən Kərimovun sakit biri olduğunu, baş verən hadisədən təəccübləndiklərini
bildiriblər.
Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 12-si saat 23
radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə prokurorluğa
məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində
aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Həsən Kərimov şübhəli
şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində: