Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi
üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aytən Əliyevanın icraatına verilib.
Qeyd edək ki, bu il iyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il
təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə
qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı
boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq
aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov
prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.