Bakıda bacısını öldürməyə cəhd edən şəxsə cəza istənilib

Bakıda bacısını öldürməyə cəhd edən şəxsə cəza istənilib

Baxış sayı: 2. 600 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1996-cı il təvəllüdlü Camal Əliyevin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyulun 26-da 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 86 saylı evin 52 №-li mənzilində ailə münaqişəsi zəmnində bıçaqlanma baş verib. 

Belə ki, Gürcüstandan bibisinin evinə qonaq gələn Camal Əliyevin bacısı Tahirə ilə mübahisəsi yaranıb. Buna görə o, bacısının baş və boyun nahiyələrinə 12 bıçaq zərbəsi endirib. Nəticədə yaralanan 27 yaşlı qadın ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. 

Həmin gün cinayəti törədən Camal Əliyev Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində bildirib ki, bacısı həyat yoldaşından boşanıb və müxtəlif yerlərdə fərdi əməklə məşğul olub.

Bacısının ayrı-ayrı yerlərdə işləməsi onun xoşuna gəlməyib və Gürcüstandan Bakıya bu məsələni araşdırmağa gəlib. Tahirə iki övladını saxlamaq üçün işləyəcəyini qardaşına sərt formada bildirəndə Camal onu çoxsaylı bıçaq xəsarətləri ilə yaralayıb. 

Keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 11 il cəza təyin edilməsini xahiş edib. 

Növbəti iclas aprelin 4-nə təyin olunub. 

www.ÇıxışYolu.Com