Bakıda bacısının ərini öldürən şəxsin həbs müddəti artırıldı

Bakıda bacısının ərini öldürən şəxsin həbs müddəti artırıldı

Baxış sayı: 3. 773 dəfə baxılıb.

Bakıda bacısının ərini öldürən şəxsin həbs müddəti artırıldı

Bakının Yasamal rayonunda qətl törətməkdə təqsirli bilinən Samir Ağakişiyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsatəti təmin olunub. 

S.Ağakişiyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay artırılıb. 

İttihama görə, bu il avqustun 20-də, axşam saat 22:30-da Yasamal rayonu, Faiq Mehdiyev küçəsində 1970-ci il təvəllüdlü Faiq Mustafazadənin ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.

Həmin gün 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Samir Ağakişiyev gələrək qətli törətdiyini etiraf edib. 

Saxlanılan şəxs bildirib ki, bacısının ərini münasibətlərinə aydınlıq gətirərkən öldürüb. 

İstintaq orqanı tərəfindən Samir Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com