ef1d3ff8-bc1b-4570-9205-64f760a96249..jpg

Bakıda banka basqın olub – VİDEO

Baxış sayı: 785 dəfə baxılıb.

Bakıda banka basqın olub – VİDEO

Bakıda banka basqın olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, hadisəni
törədən şəxs zərərsizləşdirilib.

Bildirilib ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan
birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir
linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in
Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində
həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov
olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir
bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Source link