b15d3f8d-b480-4543-9895-e77aaa792641..jpg

Bakıda bankomatdan pul çıxaran qadınları soyan şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 1. 042 dəfə baxılıb.

Bakıda bankomatdan pul çıxaran qadınları soyan şəxs saxlanılıb – VİDEO

Paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran
qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd
göstərib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat
olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun
cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis
Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat- axtarış
tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum
olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə “Əhmədli” metrosu
yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb. Bununla da onun növbəti
dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb. Orxan İsgəndərovun paytaxt
ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin
qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis
orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifələrinə məlumat verə bilərlər.

Faktla bağlı 33-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.


Source link