35300127-9225-47e9-853e-13d42ebe1a92..jpg

Bakıda baş verən qətlin detalları üzə çıxdı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 520 dəfə baxılıb.

Bakıda baş verən qətlin detalları üzə çıxdı – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda baş verən qətlin detalları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhərə yaxın paytaxtın Binəqədi
rayonu “Motodrom” adlanan ərazidə yerləşən fərdi evdə baş verib. Rayon
prokurorluğuna 36 yaşlı Zülfiyyə Xamoyevanın öldürülməsi barədə məlumat daxil
olub. İstintaq qrupu hadisə yerinə cəlb edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən
qadının ər-arvad münasibətində olduğu 42 yaşlı Qədir Qasımov saxlanıb. O,
istintaqa ilkin ifadəsində qadını yatdığı yerdə bıçaqlayaraq qətlə yetirdiyini
bildirib.

Zülfiyyə Xamoyevanın anasının sözlərinə görə, qızı bir müddətdir iki uşağı ilə
onun yanında qalırmış.

Mərhumun bacısı Sima Cavadova isə bildirib ki, Zülfiyyə Xamoyeva onunla
birlikdə Nərimanov rayonunda yerləşən iaşə obyektində qabyuyan işləyib. İddia
edilir ki, Qədir Qasımov hadisəni qısqanclıq zəminində öldürüb.

Qədir Qasımov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

08:38

Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də saat 7 radələrində Binəqədi rayonu yeni yaşayış
massivində evlərin birində 1986-cı il təvəllüdlü Zülfiyyə Alim qızı Xamoyevanın
kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il
təvəllüdlü Qədir Tahir oğlu Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Source link