f15645bf-f3fe-4a10-b128-8012341e33d6..jpg

Bakıda baş vermiş silahlı insidentlə əlaqədar saxlanılan şəxsin məhkəməsi olub

Baxış sayı: 1. 078 dəfə baxılıb.

Bakıda baş vermiş silahlı insidentlə əlaqədar saxlanılan şəxsin məhkəməsi olub

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar
saxlanılan Elvin Qasımovun məhkəmə prosesi keçirilib.

Cixisyolu.com xəbər verir ki, hakim onun barəsində dörd aylıq həbs qətimkan tədbiri
seçib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli
bilinən üç nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları
açıqlanmamışdı.

Əldə etdiyimiz xəbərə görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq
tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb.

Source link