Bakıda bayram günü iki nəfər bıçaqlanaraq öldürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində
yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və
1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna
məlumat daxil olub.
Bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ərazidə
aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla
çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya
daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Bəhərçiyev iş üzrə
şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.