08f6f9e0-3c7c-4950-b689-28d798740094..jpg

Bakıda bayram günü yeniyetmələr üç avtomobilə zərər vurub birini qaçırdılar

Baxış sayı: 511 dəfə baxılıb.

Bakıda bayram günü yeniyetmələr üç avtomobilə zərər vurub birini qaçırdılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur
qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı
avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Bakı Şəhər
Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi
əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq
saxlanılıb.

Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı
avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı
avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən
olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link