Paytaxtda beşmərtəbəli binada yanğın: Xəsarət alan var

Paytaxtda beşmərtəbəli binada yanğın: Xəsarət alan var

Baxış sayı: 2. 403 dəfə baxılıb.

Paytaxtın Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb.

FHN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı dörd nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib.

Binanın zirzəmisində olan bir nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın söndürülüb.

www.ÇıxışYolu.Com