b0d839c6-3b9f-4a7c-a949-222b8928a354..jpg

Bakıda Beynəlxalq Animasiya Festivalının açılışı oldu – FOTO

Baxış sayı: 717 dəfə baxılıb.

Bakıda Beynəlxalq Animasiya Festivalının açılışı oldu – FOTO

Nizami Kino Mərkəzində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı
olub.

“Report” xəbər ki, açılış mərasimində iştirak edən mədəniyyət nazirinin
müavini Səadət Yusifova qeyd edib ki, burada 13 ölkədən 39 film nümayiş
olunacaq.

Onun sözlərinə görə, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan
çox animasiya filminin nümayişi nəzərdə tutulub.

“Keçirilən festivalın mövzusu “Qadın hüquqları”dır. Burada bilet satışlarından
əldə olunacaq gəlir Azərbaycanlı gənc qadın rejissorlara ianə ediləcək”, –
nazir müavini deyib.

Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir:

Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriyalar, “Tamaşaçı
rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər
heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir.

Müsabiqədənkənar proqramda tematik nümayişlərin – festivalın mövzusuna uyğun
filmlərin və retrospektivlərin – dünyaca məşhur animasiya müəlliflərinin
əsərlərinin nümayişləri nəzərdə tutulub.

Peşəkar proqram xarici və yerli animasiya mütəxəssislərinin ustad dərsləri və
vörkşoplardan ibarətdir.

Peşəkar proqram çərçivəsində həmçinin, İsveçrə Əməkdaşlıq və İnkişaf
Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vörkşopu
və maliyyə proqramı keçiriləcək.

Qeyd edək ki, müsabiqə qaliblərinin seçimi altı xarici mütəxəssisin də daxil
olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilir.

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının xüsusi qonağı “Oscar”
mükafatı qazanmış niderlandəsilli rejissor Maykl Dudo de Vitdir.

Source link