933a5441-c66b-470a-8375-fd13ce524567..jpg

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edib – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 777 dəfə baxılıb.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə çıxış edib –
YENİLƏNİR + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”
mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi
keçirilir.

Cixisyolu.com xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə çıxış edib.

10:04

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə
dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış
mərasimi keçirilir.

AZƏRTAC

xəbər verir ki, Prezidentİlham Əliyev tədbirdə iştirak edir.

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin
Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı
ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq
iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər,
alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən
ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə
doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel
müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil,
gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz
miqrasiya və digər sahələri əhatə edir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə
səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada
xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda,
Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət
üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş
mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra
isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət
ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və
qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı –
hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr
qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı
və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən
beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq
təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi”
mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

08:00

Bu gündən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır.

Cixisyolu.com xəbər verir ki, mayın 1-dən 3-dək ölkəmizdə “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub.

Forum Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil,
Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı
ilə keçirilir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi
mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq
platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Üç gün davam edəcək tədbir çərçivəsində on iki panel müzakirə və dörd plenar
sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil,
gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz
miqrasiya və digər sahələri əhatə edir.

Tədbirdə dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları,
hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media
nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum
iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə
edəcəklər. Həmçinin bir sıra ölkələrdən dini liderlərin iştirakı ilə
“Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın
keçirilməsi də planlaşdırılıb.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada
iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş
mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun
əsası 2011-ci ildə qoyulub.

Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub.
Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və
qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı –
hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr
qatılıb. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və
miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş
forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq
təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası
dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.


Source link