Bakıda bıçaqlanma olub, 22 yaşlı oğlan saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda bıçaqlanma olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi
ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi
barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu
əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü
M.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.