Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib.
Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.
Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.
Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
20:09
Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
19:24
Bakıda inşası tamamlanmamış binada güclü yanğın baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə sosial şəbəkədə xəbər yayılıb.
Görüntülərdə “Bolluq bazarı”nın yaxınlığında yerləşən binada yaşayışın olmadığını görmək olur.
Hadisə yerinə yanğın-mühafizə dəstələri cəlb olunub.