Bakı sakini 1962-ci il təvəllüdlü Kifayət Rəhimovanın mənzilindən 40 min manatlıq qızıl oğurlanıb.
Bu barədə ÇıxışYolu.Com-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
K.Rəhimovanın Zahid Xəlilov küçəsində yerləşən evdə yaşadığı bildirilib. Sentyabrın 11-də qadın bir saatlıq evini tərk edib. Bu vaxt naməlum şəxs pəncərədən mənzilə girərək 40 min manat və 3,8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Oğurluq faktı ilə bağlı cinayət işi açılıb, hələlik saxlanılan yoxdur.