Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq
məntəqələri dəyişdiriləcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr
2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək “Koroğlu” Nəqliyyat
Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf
ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla
əlaqədar olaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə (“Koroğlu” NMM) daxil
olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri
dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq
dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər
üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:
– 1 nömrəli marşrut “28 May” metrostansiyası istiqamətində “Koroğlu” NMM-ə
daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud
dayanacaqda (“Koroğlu” metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla
fəaliyyət göstərəcək;
– 24 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya
Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində
isə “Koroğlu” NMM (“Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət
göstərəcək;
– 93 nömrəli marşrut “Koroğlu” NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;
– 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” NMM
(“Piramida” tərəf) təyin edilib;
– 184 nömrəli marşrut “Ulduz” metrostansiyası və Suraxanı qəsəbəsi
istiqamətində “Koroğlu” metrostansiyasında yerləşən dayanacağa daxil olmadan
fəaliyyət göstərəcək;
– 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla
fəaliyyət göstərəcək;
– 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216,
217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilib;
– 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Qara Qarayev”
metrostansiyası təyin edilib;
– 166 və 38 nömrəli marşrutlar “Koroğlu” NMM-ə (Atletlər kəndi tərəf) daxil
olmadan fəaliyyət göstərəcək;
– 62, 70, 184 və 214 nömrəli marşrutlar “Koroğlu” NMM-ə (Atletlər kəndi və
“Piramida” tərəf) daxil olmadan fəaliyyət göstərəcək.
H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş
hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə
etmələri xahiş olunur.