Bakıda birinci sinif şagirdi zorlanıb? - RƏSMİ AÇIQLAMA

Bakıda birinci sinif şagirdi zorlanıb? – RƏSMİ AÇIQLAMA

Baxış sayı: 3. 452 dəfə baxılıb.

Daxili İşlər Nazirliyi Bakının Xətai rayonunda yerləşən məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə ÇıxışYolu.Com-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib:

“Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.

Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.  

.
www.ÇıxışYolu.Com