Bakıda birotaqlı mənzillərə tələbat artıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının əmlak bazarında birotaqlı mənzillərə tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, köhnə və yeni tikililərdəki birotaqlı
mənzillərin qiymətində artım müşahidə olunur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxt
ərazisində otaq sayı çox olan mənzillər üçün qiymətlər əlçatan olmadığına görə,
birotaqlı evlərə tələbat artıb. Buna görə də qiymətlər əvvəlki illərlə
müqayisədə dəyişib.
Onun sözlərinə görə, birotaqlı mənzillərin qiyməti ipoteka kreditləri
verilməyə başlayandan sonra bir qədər də yüksəlib.
Ekspert onu da əlavə edib ki, gələcəkdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.
Ətraflı süjetdə: