a2f8b40b-21fc-4f92-81c6-5a9e7789ac0a..jpg

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək – FOTO

Baxış sayı: 460 dəfə baxılıb.

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş BMT-Turizmin
(Ümumdünya Turizm Təşkilatı) Avropa üzrə Regional Komissiyasının 70-ci
iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib.

Cixisyolu.com xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin
rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniyadakı
fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda BMT-Turizmdə (Ümumdünya Turizm
Təşkilatı) daimi nümayəndəsi Ramiz Həsənov da iştirak edib.

İclas çərçivəsində ölkəmizin 2025-ci ildə BMT-Turizmin Avropa üzrə Regional
Komissiyasının növbəti 71-ci iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul
edilib.

Source link