Bakıda dördüncü dəfə “Britaniya kinosunun yazı” adlı festival keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, festival 1-6 may tarixləri arasında “Nizami” Kino Mərkəzində baş tutacaq.
Festivalda səkkiz ən yaxşı Britaniya filmi nümayiş olunacaq.
“British Council Azerbaijan”ın direktoru Elizabet Uaytın sözlərinə görə, festivalın keçirilməsində məqsəd Azərbaycan tamaşaçısını Britaniya rejissorlarının filmləri ilə tanış etmək, yaradıcılıq mübadiləsidir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts qeyd edib ki, 2017-ci ildə Britaniya filmləri uğurlu alınıb və böyük auditoriya toplayıb.