5a853537-e958-45bd-9d19-9f99e1f5eecb..jpg

Bakıda bu həftə hansı tədbirlər olacaq? – Mədəniyyət AFİŞASI + FOTO

Baxış sayı: 622 dəfə baxılıb.

Bakıda bu həftə hansı tədbirlər olacaq? – Mədəniyyət AFİŞASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cixisyolu.com yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada
aprelin 29-dan mayın 5-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar,
konsertlər, sərgilər, film nümayişləri və digər tədbirlərlə tanış ola
bilərsiniz.

29 aprel

19:00-da Kamera və orqan musiqisi zalında (Kirxa) Azərbaycan Dövlət Simli
Kvartetiçıxış edəcək.

Nəzrin Aslanlı (violin), Soltan Məmmədova (violin), Vaxtanq İmanov (viola) və
Aleksey Miltıx (cello) maraqlı proqram təqdim edəcəklər: Y.Haydn – “Simli
kvartet №1”, R.Şuman – “Simli kvartet №1”.

Biletlərin qiyməti: 3 – 15 manat.

19:00-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Nuriyə Hüseynovanın
yaradıcılıq gecəsi olacaq. Onun ifasında Azərbaycan xalq mahnıları səslənəcək.

Biletlərin qiyməti: 10 – 15 manat.

19:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti
Elza İbrahimovanınmahnılarından ibarət konsert proqramı keçiriləcək.

Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblının müşayiəti ilə Zülfiyyə
Sadıqova, Mehparə Cəfərova, Rüstəm Cəfərov, Əli Məmmədov, Ayaz Qasımov, Ayşən
Mehdiyeva, Səbinə Ərəbli, Zabitə Əliyeva, Kamilə Nəbiyeva, Arzu Əliyeva çıxış
edəcəklər.

Biletlərin qiyməti: 10 – 30 manat.

19:30-da Heydər Əliyev Sarayında simfonik orkestr və xorun ifasında Hans
Zimmerin musiqisi səslənəcək.

Biletlərin qiyməti: 25 – 120 manat.

30 aprel

19:00-da “Azərbaycan” “CineMastercard” kinoteatrında “Tütək səsi” bədii filmi
nümayiş olunacaq.

Rejissor – Rasim Ocaqov, ssenari müəllifi – İsa Hüseynov, operator – Teyyub
Axundov, rəssam – Elbəy Rzaquliyev, bəstəkar – Aqşin Əlizadə.

Giriş sərbəstdir.

19:00-da “M Teatr”da “Kimdir müqəssir?” adlı tamaşa olacaq.

Biletlərin qiyməti: 10 manat.

2 may

19:00-da Beynəlxalq Muğam Mərkəzində “Ruhumuzun Səsi” adlı konsert baş tutacaq.

Solistlər – Ədalət Behbudov, Fərid Atazadə, İbadulla Mirzəyev, Əmrah Orucov,
Murad Nağızadə, Rafael İslamov, Cahandar Xanlarov, Fərrux Haşımlı, Nübar
Babayeva, İlkin Hüseynov, Qoçaq Əsgərov, Yaqut Xəlilzadə, Sənan Mustafayev,
Xatirə Kərimova, Zaur Əzimli, Xədicə İsmixanova, Əyyub Ramazanov, Rübabə
Əkbərova. Amin Bayramovun ifasında xalq mahnıları və bəstəkar əsərləri
səslənəcək.

Biletlərin qiyməti: 10 – 20 manat.

19:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda
“Women’s Stand-up” şousunun ulduzlarından biriSaule Yusupova ilk dəfə çıxış
edəcək. Tədbir rus dilində olacaq.

Biletlərin qiyməti: 25 – 100 manat.

19:00-da Akademik Milli Dram Teatrında “Bir, iki bizimki…” adlı tamaşa
nümayiş olacaq. Müəllif – Kamal Abdulla, quruluşçu rejissor – Əlif Cahangirli.

Biletlərin qiyməti: 10 – 15 manat.

3 may

19:00 və 20:30-da “Park Bulvar”da yerləşən Tusi-Bohm Planetariumunda Nigarın
Əsədullayevanın ifasında Lüdoviko Eynaudi, Hans Zimmer, Maks Rixter, Oulavür
Arnalds və digər bəstəkarlarının əsərləri səslənəcək.

Biletlərin qiyməti: 40 – 60 manat.

19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində “35 ildən sonra” (18+)
adlı tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor – Müşfiq Əliyev. Rollarda:
Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva.

Biletlərin qiyməti: 10 manat.

19:00-da “M Teatr”da “ART” tamaşası nümayiş olacaq.

Müəllif – Jasmina Rza, quruluşcu rejissor – Ərturan Nəcəfi Göl, aktyorlar:
Cavid Baba, Şamil İbrahimov, Ərturan Nəcəfi Göl.

Biletlərin qiyməti: 10 manat.

19:00-da Akademik Rus Dram Teatrında “Семь Красавиц” (“Yeddi gözəl”) adlı
tamaşa olacaq. Rejissoru: Yonas Vaitkus.

Biletlərin qiyməti: 15 manat.

19:00-da Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” (Cəlil
Məmmədquluzadə) olacaq. Bəstəkar: Qara Qarayev.

Biletlərin qiyməti: 7 – 12 manat.

20:00-da Heydər Əliyev Sarayında “Mənim mahnıma inan” estrada proqramı ilə
Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solistiElçin Əzizovun solo
konserti keçiriləcək.

Biletlərin qiyməti: 40 – 150 manat.

20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda
italyan maestro Fabio Lepore və onun qrupunun təqdimatında“Sinatra in Jazz”
adlı konsert olacaq. Bu, əfsanəvi Frank Sinatraya həsr olunmuş və ümumilikdə
svinq musiqisinə yönləndirilmiş konsertdir.

Biletlərin qiyməti: 15 – 60 manat.

20:00-da Kamera və orqan musiqisi zalında şam işığında Uitni Hyustona həsr
olunmuş konsert baş tutacaq. “Mystery Ensemble” konsertində siz həm rəqs edə,
həm də oxuya bilərsiniz.

Biletlərin qiyməti: 10 – 60 manat.

4 may

18:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda
Aleks Çeremizovun qrupunun təqdim etdiyi“Jazz for Kids/Uşaqlar üçün Caz”
konserti keçiriləcək. Uşaqların sevimli mahnıları caz tərzində səslənəcək.

Biletlərin qiyməti: 11 – 50 manat.

19:00-da Kukla Teatrının binasında yerləşən Azərbaycan Dövlət Yuğ Teatrı
“Asılqan” tamaşasını nümayiş edəcək.

Biletlərin qiyməti: 5 – 15 manat.

19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ingilis dilində olan
“Anamın kitabı” adlı tamaşasını təqdim edəcək.

Biletlərin qiyməti: 7 – 12 manat.

19:00-da Akademik Milli Dram Teatrında “Xanuma” tamaşası olacaq.

Biletlərin qiyməti: 7 – 12 manat.

19:00-da Akademik Rus Dram Teatrında “Судьба артиста” (“Artistin taleyi”)
tamaşası olacaq. Müəllif – Elçin Əfəndiyev, quruluşçu rejissor – İrana Tağızadə.

Biletlərin qiyməti: 15 manat.

19:30-da Marionet Teatrında “Leyli və Məcnun” tamaşası olacaq.

Biletlərin qiyməti: 14 – 19 manat.

20:00-da Kamera və orqan musiqisi zalında “Mystery Ensemble” şam işığında
“Underwater. Ludovico Einaudi…” adlı konsert təqdim edəcək.

Biletlərin qiyməti: 10 – 60 manat.

20:00-da Bakı İdman Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının Kamera Orkestrinin müşayiəti iləOrxan Zeynallının “Buz uşağı” adlı
solo konserti olacaq. Konsertin musiqi rəhbəri, baş dirijor – Əyyub Quliyev.

Biletlərin qiyməti: 35 – 60 manat.

20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının konsert salonunda
“Jazz Classics Tour” çərçivəsində dünya caz səhnəsinin ulduzuMelvin Trevis
Bakıda ilk dəfə çıxış edəcək.

Biletlərin qiyməti: 15 – 60 manat.

5 may

19:00 Azərbaycan dövlət akademik filarmoniyasında görkəmli skripkaçı, müasir
musiqi xadimiGidon Kremer və onun yaratdığı “Kremerata Baltika” kamera
orkestrinin konserti olacaq.

Biletlərin qiyməti: 25 – 95 manat.

19:00-da Akademik Milli Dram Teatrında “Dantenin yubileyi” tamaşası olacaq.

Biletlərin qiyməti: 7 – 12 manat.

19:00-da Akademik Rus Dram Teatrında A.P.Çexovun pyesi əsasında qoyulmuş
“Albalı bağı” tamaşasını təqdim edəcək. Rejissor – Aleksandr Şarovski.

Biletlərin qiyməti: 25 manat.

19:00-da Gənc Tamaşaçılar Teatrında “Don Rafael trambonçu” (18+) tamaşası
nümayiş olacaq.

Biletlərin qiyməti: 8 – 10 manat.

19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Toya bir gün qalmış”
tamaşası olacaq. Müəllif – Əli Səmədli, quruluşçu rejissor – Əsgər Əsgərov.

Biletlərin qiyməti: 8 – 15 manat.

19:30-da “Teatr O2”də dramaturq Əjdər Ulduzun eyni adlı əsərinə əsasən qurulmuş
“Bəxt adası” adlı tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor – Əjdər Ulduz,
xoreoqraf – Kamilla Hüseynova. Tamaşada iştirak edirlər: Yevgeni Maksimov,
Leonid Klyots, Mixail Fomiçov

Biletlərin qiyməti: 20 manat.

20:00-da Heydər Əliyev Sarayında türkiyəli müğənni Çelik konsert proqramı ilə
çıxış edəcək.

Biletlərin qiyməti: 20 – 140 manat.

SƏRGİLƏR

Azərbaycan Milli Xalça Muzeyində 30 aprelə qədər Xalq rəssamı Aydın Rəcəbovun
“Bir ömrün naxışları” adlı sərgisi keçirilir.

İş saatları: çərşənbə axşamı-cümə 10:00-18:00

şənbə-bazar 11:00-19:00

Giriş: 7 manat.

Müasir İncəsənət Muzeyində 30 aprelə kimi Qəyyur Yunusun “Sağ əlin sərvəti”
adlı sərgisi var.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-20:00.

Giriş: 5 manat.

Heydər Əliyev Mərkəzinin daimi sərgiləri var və vaxtaşırı yeni müvəqqəti
sərgilər açılır.

İş saatları: çərşənbə axşamı-cümə – 11:00-19:00
şənbə-bazar – 11:00-18:00.

Giriş: 15 manat.

Azərbaycan Milli İncəsənət Muzeyində Məmməd Mustafayevin “Gizli və aşkar” adlı
sərgisi keçirilir.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.

Giriş: 7 manat.

Muzey Mərkəzinin Rəsm Qalereyasında Pərviz Abasovun Əliağa Vahidə həsr etdiyi
“Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi aprelin 30-na kimi davam
edir.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.

Sərgiyə giriş sərbəstdir.

Esen Baydemirin sərgisi 29 aprel saat 12:00-da Rəssamlıq Akademiyasının sərgi
salonunda açılacaq. Mayın 8-nə kimi davam edəcək.

Giriş sərbəstdir.

Aprelin 30-da İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində İlqar Tahirinin fərdi
sərgisi açılacaq.

Giriş sərbəstdir.

KİNO

“CineMastercard”da Qay Ritçinin İkinci Dünya müharibəsi haqqında
“Qeyri-Centlmen İşlər Nazirliyi” filmi nümayiş olunur.

Həmin kinoteatrda rejissor Adam Vinqardın çəkdiyi filmi “Qodzilla və Konq:
Yeni İmperiya” göstərilir.

“CineMastercard”da həmçinin Qırğızıstanda çəkilmiş “Cənnət anaların ayaqları
altındadır” filminin nümayişinə ev sahibliyi edir. Rejissor – Ruslan Akun.

Kinoteatrın saytında nümayiş vaxtının cədvəli ilə
tanış ola bilərsiniz.

Sofiya Frank

Source link