bfeab736-b271-401e-9325-8a0ebced22f5..jpg

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Baxış sayı: 647 dəfə baxılıb.

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış
tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop
maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət
Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin
içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147
qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Source link