Paytaxtın Qaradağ rayonunun 15 yaşlı sakini yeniyetmə oğlan tərəfindən qaçırılıb.
Bununla bağlı ÇıxışYolu.Com-a rayon Polis İdarəsindən məlumat verilib.
Oktyabrın 28-də 1981-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini R.Kazımov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bazar ertəsi, saat 00:20 radələrində 2004-cü il təvəllüdlü qohumu evlənmək məqsədilə Qartal adlı şəxs tərəfindən qaçırılıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində 10-cu Polis Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayan qızı qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Həmin şəxs 2002-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini Qartal Mirzəyev olub. Polislər qızı evinə qaytarıblar.
Faktla bağlı araşdırma aparılır.
Ramella İbrahimxəlilova