Bakıda çayxanada kütləvi dava: Saxlanılanlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti
məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri
döydükləri barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli
bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və
E.Süleymanov müəyyən olunaraq saxlanılıblar.