520a1467-add4-4260-a9a1-af7deb6ac67a.jpg

Bakıda Caz Festivalı başladı

Baxış sayı: 291 dəfə baxılıb.

17 oktyabrda “Jolly Joker”də Bakı Caz Festivalının açılışı olub.

Cixisyolu.com-ın məlumatına görə, festivalın ilk günündə Munir Hossnun konserti
keçirilib. Caz, fank və Braziliya ritmlərini məharətlə birləşdirən braziliyalı
multi-instrumentalist və bəstəkar Azərbaycan paytaxtının musiqisevərlərini
möhtəşəm ifası ilə sevindirdi.

Qeyd edək ki, caz festivalı oktyabrın 27-dək davam edəcək. Tanınmış
musiqiçilərin konsertləri Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Milli
Konservatoriyasının səhnəsində, “Jolly Joker” konsert meydançasında, “Fairmont
Baku” hotelindəki klubda və ADA Universitetində keçirilir. Konsertlər və
jam-sessiyalardan əlavə, festivalın proqramına caz ulduzları ilə ustad dərsləri
və görüşlər, “İpək üzərində caz” sərgiləri, “Jazz & Art” animasiya eskizləri,
“Best World Jazz Photo” fotosərgisi, Bəhram Bağırzadənin “Uşaqlar üçün caz”
kitabının təqdimatı daxildir.

Bu il festivalda ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi istiqamətlər
təqdim olunur. Dünya ulduzları festivala qatılmağa gəlirlər. Müxtəlif illərdə
Dayana Kroll, El Di Meola, Çarlz Lloyd, Keyko Matsui, Shakatak, Jazzanova və
Fourplay iştirak ediblər. Bu festivalın əsas xüsusiyyəti “Interplay” triosu və
ABŞ-li müğənni Şeril Reyli.

Source link