3074b735-bec0-4d04-b9be-4f3a3c2117ef..jpg

Bakıda çinli həmyerlisini niyə öldürüb? – “Arvadım tualetə getmək üçün otaqdan çıxdı, bir müddət sonra…”

Baxış sayı: 786 dəfə baxılıb.

Bakıda çinli həmyerlisini niyə öldürüb? – “Arvadım tualetə getmək üçün otaqdan
çıxdı, bir müddət sonra…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qısqanclıq zəminində öz həmyerlisini öldürən 1983-cü il təvəllüdlü Çin
vətəndaşı Yuan Tianqanqa hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 48 yaşlı Pan
Yuan Lianqı qətlə yetirən Yuan Tianqanqı Cinayət Məcəlləsinin 126.3-cü
maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və ona 9
il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə
Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin olunub.

Məhkəmədə təqsirləndirilən Yuan Tianqanq baş verən hadisəyə görə özünü
günahkar bilməyib:

“İxtisasca mühəndisəm. İkinci həyat yoldaşım Gu Yonqqionq ilə 13 mart 2023-cü
il tarixində Bakıya işləməyə gəlmişik. Bakı şəhəri, Nizami rayonu, Keşlə
qəsəbəsi, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşamışıq. Mən
zavodda elektrik mühəndisi, həyat yoldaşım isə aşbaz işləyirdi. Yataqxanada
bizdən başqa digər Çin vətəndaşları – Jianq Xianfun, Jianq Yindonq, Yuanlianq
Pan, Veiqanq Liu və başqaları ayrı-ayrı otaqlarda qalırdılar”.

Təqsirləndirilən şəxs bildirib ki, onları Bakıya işləməyə Pan Yuan Lianq
gətirib. O, Pan Yuan Lianqın tez-tez sərxoş vəziyyətdə olduğunu bildirib. Yuan
Tianqanq qeyd edib ki, yataqxanada bir ayaqyolu olub. 2023-cü ilin 14 iyulunda
gecə saat 00:20-də arvadı tualetə getmək üçün otaqdan çıxıb, o isə telefonu
otağı işıqlandırmaq üçün arvadına verib:

“Bir müddət sonra dəhlizin sonundakı tualetdən həyat yoldaşımın səsinin
gəldiyini eşitdim. Buna görə də koridora çıxdım və bu zaman iş yoldaşım Panın
alt paltarında, sərxoş vəziyyətdə arvadımı məcburi şəkildə qucaqlamaq
istədiyini gördüm, ondan qadını buraxmasını istədim. Pan isə arvadımı
buraxmadı, bu zaman onunla aramızda sözlü mübahisə baş verdi. Pan ilk olaraq
məni yumruqla, daha sonra yerdən götürdüyü dəmir boru parçası ilə vurdu. Mən də
bunun qarşılığında süpürgə götürərək, Pana zərbə endirdim. Daha sonra həmin
dəmir borunu onun əlindən alaraq başına vurdum. Bu zaman Pan yerə yıxıldı və
huşsuz vəziyyətdə qaldı. Hadisədən 4 gün sonra Pan Yuan Lianq xəstəxanada öldü
və buna görə dərin sarsıntı keçirdim”.

Source link