COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə
edilməsi üzrə növbəti monitorinqlər uğurla tamamlanıb.
Cixisyolu.com xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan
05:30-dək paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi,
Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi,
Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov,
Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ
və Aeroport şoselərində nəqliyyatın monitorinqi aparılıb.
Proses COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən birgə
reallaşdırılıb.
Bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunan monitorinq
prosesi zamanı COP29-a məxsus avtobuslar, eləcə də təcili tibbi yardım və
yanğınsöndürmə maşınları cəlb edilərək müxtəlif marşrut və ssenarilər üzrə
yoxlamalar uğurla icra olunub.