c3316fb4-cc66-4232-8f7c-b86b2c59bfd2.jpg

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri keçirilib

Baxış sayı: 183 dəfə baxılıb.

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi
çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə
təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında
keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat
xidmətindən məlumat verilib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri
çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində
qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları,
Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq
nəqliyyat vasitələrinin hərəkəti test edilib.

Source link