838a780e-b214-4f4e-a8ab-67df9b0339f8.webp

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

Baxış sayı: 211 dəfə baxılıb.

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi
çərçivəsində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə
paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gündüz saatlarında keçirilən
monitorinqlər uğurla başa çatdırılıb.

Cixisyolu.com xəbər verir ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-da saat
11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən qonaqlama məkanları, Heydər
Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müvafiq
avtomobillərin hərəkəti test edilib.

20-dən artıq avtomobil və 15 avtobusun cəlb edilməsi ilə COP29 Azərbaycan
Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi tərəfindən reallaşdırılan monitorinq tədbirləri zamanı yol hərəkətinə
məhdudiyyətlər tətbiq edilməyib.

12:17

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına
hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və
təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə
monitorinqlər keçirilir.

Cixisyolu.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat
11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları
üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər
Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a
məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq
tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.

Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər
tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas
məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin
hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək
instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans
dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini
qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü
də iştirak edir.

Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək
yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə
mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq
Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət
avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.

Source link