Bakıda çoxmərtəbəli binada sakinlər üçün təhlükə aradan qaldırılıb
Bakıda çoxmərtəbəli binada sakinlər üçün təhlükə aradan qaldırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda
çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən şüşədən ibarət
üzlüyün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat
daxil olub.
Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması
məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan
ünvana cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.