0e49a85d-4eac-43c5-bbd6-7528cfee843e..jpg

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürüldü – YENİLƏNİB + FOTO

Baxış sayı: 885 dəfə baxılıb.

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürüldü – YENİLƏNİB
+ FOTO

Bakıda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində başlayan yanğın
söndürülüb.

APA xəbər verir ki, yanğın baş verən əraziyə polis naryadı və TTY briqadası
cəlb edilib, bina sakinləri təxliyə olunub.

Təxliyə edilənlər arasında yanan mənzilin kirayəçiləri də var.

23:55

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış
binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb
olunub.

Source link