fa3b7079-f7de-4b80-b8a4-42d2e93c9af2..jpg

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 525 dəfə baxılıb.

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub – YENİLƏNİB + FOTO

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə”
turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti
Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer,
idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış
nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış
edərək Azərbaycanda idmanın inkişafından, dövlətimizin başçısı İlham Əliyevin
diqqət və qayğısından bəhs edib: “Azərbaycan Cüdo Federasiyası öz işini
məharətlə görür. Cüdo ölkəmizin regionlarında sürətlə inkişaf edir”.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev turnirin Ulu Öndər
Heydər Əliyevin 100 illiyinə həsr olunmasının xüsusi önəm kəsb etdiyini
vurğulayıb: “Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanda
idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Biz də ölkəmizdə cüdonun
inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qruplarından olan
cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər”.

Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və
Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Sonra “Böyük dəbilqə” turnirində mübarizə davam etdirilib.

Mötəbər turnirdə 61 ölkədən 452-yə yaxın cüdoçu iştirak edir. Azərbaycan
turnirdə geniş heyətlə – 33 cüdoçu ilə təmsil olunur.

09:36

Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

Cixisyolu.com xəbər verir ki, ilk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində
mübarizə aparacaqlar.

Azərbaycan millisinin 13 idmançısı bu gün çıxış edəcək. Onlardan səkkizi kişi,
beşi isə qadın cüdoçulardır.

Kişilər

60 kq

Balabəy Ağayev – Lukhumi Çkvimiani (Gürcüstan)
Əhməd Yusifov – Jorre Verstraeten (Belçika)
Rövşən Əliyev – Lior Rafailov (İsrail)
Nazir Talıbov – Giorgi Sardalaşvili (Gürcüstan)

66 kq

Qasım Vəlizadə – Antoni De Angelis (Latviya)
Yaşar Nəcəfov – Yermek Amangeldi (Qazaxıstan)
Rəşad Yelkiyev – Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan)
cütünün qalibi
Ruslan Paşayev – Tal Fliçer (İsrail)

Qadınlar

48 kq

Ramilə Əliyeva – Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova – Meri de Varqas (Çili)
Leyla Əliyeva – Tamar Malca (İsrail)

52 kq

Gültac Məmmədəliyeva – Joana Dioqo (Portuqaliya)

57 kq

Nərgiz Hacıyeva – Timna Nelson Levi (İsrail)

Qeyd edək ki, Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.

Source link