2b8c1d71-b813-401f-9c4d-3925b5b907fb..jpg

Bakıda Cümhuriyyət bayramı qeyd olunur: Prezidentin müraciəti oxunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 736 dəfə baxılıb.

Bakıda Cümhuriyyət bayramı qeyd olunur: Prezidentin müraciəti oxunub –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü qeyd olunur.

APA xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Cahit Bağçı, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin və
ölkəmizin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, Azərbaycanda akkreditə
olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin açılış mərasimində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın
videomüraciəti səsləndirilib.

“Bu gün 100-cü yaşını qeyd etdiyimiz Türkiyə dövlətimiz bu torpaqlarda qurulan
son dövlətimizdir. Hazırkı dövlətimizi qədim tariximizdən və ənənələrimizdən
qaynaqlanaraq ölkəmizi yeni yüzilliyə hazırlamaq qarşıdakı hədəfimizdir.

Dövlətlə millət arasında sədrləri qaldırıb vahid bir Türkiyə qurmağa nail
olmuşuq. Güclü bir dövlət olaraq dünyadakı kimsəsizlərin kimsəsi olmağı
bacardıq. Biz bundan qürur duyuruq. Növbəti yüz ili Türkiyə yüz ili edəcəyik.
Türkiyə dayanmadan güclənəcək, dünyadakı imperialist qüvvələrin iradəsinə tabe
olmayacaq”, – videomüraciətdə qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin elan edilməsinin
100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına müraciət
ünvanlayıb.

Azərbaycan Prezidentinin müraciətini Milli Məclisin spikeri Sahibə Qafarova
oxuyub.

18:45

Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət
verilir.

Tədbir Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Ziyafətdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, ictimai xadimlər,
Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlman İdarəsinin sədri Hacı
Allahşükür Paşazadə, QHT nümayəndələri, hərbi atteşelər, Milli Məclisin
deputatları, media nümayəndələri və digər rəsmilər iştirak edirlər.

Source link