e8b2d389-da60-49fb-a26f-dd35357da5e4..jpg

Bakıda dəhşətli qəza: Avtomobil yaşlı kişini sürüyərək yolun kənarına atdı – VİDEO

Baxış sayı: 687 dəfə baxılıb.

Bakıda dəhşətli qəza: Avtomobil yaşlı kişini sürüyərək yolun kənarına atdı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində 102
ünvanında qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, qəza zamanı avtomobil motosiklet ilə toqquşub. Zərbənin təsirindən
avtomobil motosiklet sürücüsünü bir neçə metr sürüyərək yolun kənarına atıb.
Kuryer fəaliyyəti göstərən motosiklet sürücüsü xəsarət alıb.

Avtomobilin sürücüsü isə hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Source link