Bakıda dəm qazı can aldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda kişi dəm qazından zəhərlənərək vəfat edib.
Lent.az-ın məlumatına görə, hadisə gecə saat üç radələrində Binəqədi rayonunda
qeydə alınıb. 26 yaşlı Əli Musa oğlu Abbasov yaşadığı evin hamam otağında dəm
qazından zəhərlənərək huşunu itirib.
O, yaxınları tərəfindən Kliniki Tibbi Mərkəzə aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.