2d426f51-e9df-4031-8f59-5d48cb9d8a7b..jpg

Bakıda dəm qazı normadan yüksək olub

Baxış sayı: 652 dəfə baxılıb.

Bakıda dəm qazı normadan yüksək olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt havasında dəm qazının miqdarı normadan çox olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq
Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə
şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən
avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində
çirkləndirici qaz qarışıqlarından yalnız dəm qazının miqdarı Bakı şəhəri üzrə
1,2 dəfə yüksək müəyyən edilib.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin
intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər
antropogen təsirlərlə əlaqədardır.

Source link