6b147144-6493-4e77-908b-cc8fac87f42d..jpg

Bakıda dənizdə batan dörd nəfərdən ikisinin meyiti tapılıb – YENİLƏNİB

Baxış sayı: 491 dəfə baxılıb.

Bakıda dənizdə batan dörd nəfərdən ikisinin meyiti tapılıb – YENİLƏNİB

Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında
dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən iki km aralı,
nəzarətsiz ərazi) batan dörd nəfərdən ikisinin meyiti Fövqəladə Hallar
Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti
üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Digər şəxslərin axtarışları davam etdirilir.

20:50

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın
sularda xilasetmə məntəqəsindən təqribən iki km aralı, nəzarətsiz ərazi) dörd
nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb
olunublar.

Əlavə məlumat veriləcək.

Source link