Bakıda daha 6 tələbə zəhərlənib.
ÇıxışYolu.Com xəbər verir ki, Xəzər universitetinin 6 tələbəsinin dəm qazından zəhərləndiyi ehtimal edilir.
Səhiyyə Nazirliyi faktla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər universitetinin 6 tələbəsini gətiriblər dəm qazından zəhərlənmə ehtimalı ilə.
Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir.